Bakıdan Ankaraya gedəcək 23 jurnalistin adı

Azərbaycanın bir qrup media nümayəndəsi 20-25 dekabr tarixləri arasında Türkiyənin paytaxtı Ankarada təşkil olunacaq türkdilli ölkələrin jurnalistlərinin forumunda iştirak edəcək. Türkiyə Cümhuriyyəti Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsi ilə bu ölkənin Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən keçiriləcək “Türk Dili Danışan Ölkələrin Media Forumu”na Azərbaycandan düz 23 jurnalist qatılacaq. Modern.az saytı dekabrın 20-də yola çıxacaq 23 jurnalistin siyahısını əldə edib. Beləliklə Ankaraya onlar gedəcəklər:

1. Əflatun Amaşov – Metbuat Şurasının sədri

2. Yadigar Məmmədli – Demokratik Jurnalistlər Liqasının sədri.

3. Arif Əliyev – “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri.

4. Elşad Eyvazlı – Parlalment Jurnalistləri Birliyinin sədri.

5. Qənimət Zahid – “Azadlıq” qəzetinin baş redaktoru.

6. Vüsalə Mahirqızı – APA-nın baş direktoru.

7. Rauf Arifoğlu – “Yeni Müsavat” qəzetinin baş redaktoru.

8. Sevil Nuriyeva – Qafqaz Media Mərkəzinin rəhbəri.

9. Natiq Pənahlı – “Zaman-Azərbaycan” qəzetinin əməkdaşı.

10. Elçin Şıxlı – “Ayna- Zerkalo” qəzetinin baş redaktoru.

11. Aqil Camal – “Türküstan” qəzetinin baş redaktoru.

12. Vüsal Gözəlov – “Xəzər” TV-nin əməkdaşı.

13. Rəşad Məcid – “525-ci qəzet”in baş redaktoru.

14. Hikmət Babaoğlu – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru.

15. Vüqar Səfərli – KİV DF-nin icraçı direktoru.

16. Nuşirəvan Məhərrəmli – Milli Teleradio Şurasının sədri.

17. Yaşar Quluzadə – AzərTAc-ın əməkdaşı.

18. Süleyman Ünal – “Zaman –Azərbaycan” qəzetiunin əməkdaşı.

19. Hüseyn Dinləməz – “Xəzər” TV-nin əməkdaşı.

20. Mustafa Saatçı – “Dialoq Avrasya” jurnalının koordinatoru.

21. Useyd Dinleməz – “Bürc” FM radiosunun əməkdaşı.

22. Arif Gömleksiz – “Çağ Öyrətim” Şirkətinin əməkdaşı.

23. Sevil Yusifova – Jurnalist Qadınlar Asossiasiyasının rəhbəri.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO