Bakıda Qafqaz Jurnalistika Məktəbinə qəbul imtahanı keçirildi

Qafqaz Jurnalistika Məktəbi (GİPA) jurnalistikaya qəbul üçün imtahanların ilk mərhələsini keçirib. Modern.az-ın məlumatına görə, imtahanlarda iştirak üçün 24 nəfər sənəd versə də, 4 nəfər iştirakçılar arasında olmayıb.

“Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbi”nin Azərbaycandakı nümayəndəsi İlqar Xudiyev saytımıza deyib ki, bu il məktəbə Azərbaycandan 4 nəfər tələbə qəbul ediləcək. Keçən il isə 5 nəfər qəbul olmuşdu.
İlqar Xudiyev deyib ki, maliyyənin sponsorlar tərəfindən azaldılması qəbul planının aşağı salınmasına səbə olub. O, deyib ki, imtahanların nəticəsi bu həftə açıqlanacaq. İkinci imtahan isə birinci mərhələni keçən namizədlər arasında keçiriləcək.

Bu il məktəbə Azərbaycandan 24 nəfər sənəd verib. Onların arasında hazırda KİV-də işləyən gənc jurnalistlər də var.
Xatırladaq ki, Qafqaz Media Məktəbində azərbaycanlılarla yanaşı, gürcülər və ermənilər də təhsil alırlar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO