Bakıda “Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri ” adlı beynəlxalq konfrans keçiriləcək

Bakıda "Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri" adlı beynəlxalq konfrans keçiriləcəkAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) M.Füzuli adına Əlyazmalar İnstitutu bu il 60 illik yubileyini qeyd edəcək. Bu barədə AMEA-dan məlumat verilib. Yubileylə əlaqədar olaraq bu ilin oktyabr ayında institutun hər iki ildən bir keçirdiyi ənənəvi konfransı çərçivəsində “Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri” adlı beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Burada saxlanılan əlyazmalar, əsasən, şərq tarixini əhatə etdiyi üçün konfrans iştirakçılarının da məhz bu ölkələrdən – İran, Türkiyədən dəvət olunması planlaşdırılır. Bundan başqa, institutla əməkdaşlıq edən və qədim yazılı abidələrin öyrənilməsi ilə məşğul olan konkret şəxslər də (türk əsilli Almaniya, ABŞ vətəndaşları) konfransa dəvət ediləcəklər.
Qeydedək ki, 1950-ci ildə Elmlər Akademiyasının nəzdində fond kimi fəaliyyətə başlayan təşkilat 1986-cı ildə institut kimi təsis edilib. 1996-cı ildə isə instituta Azərbaycanın mütəfəkkir şairi Məhəmməd Füzulinin adı
verilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO