Bakıda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XIV iclası keçirilib

Bakıda keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində MDB-yə üzv ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformasiya Şurası) XIV iclası keçirilib.
SalamNews-un məlumatıba görə, iclasda Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanov, İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko, həmin agentliyin vahid xəbərlər xidmətinin baş redaktor müavini Boris Qruşin, BelTA-nın (Belarus) baş direktoru Dmitri Juk, “Ukrinform”un baş direktor müavini Mixail Soroka, həmin agentliyin xarici informasiya redaksiyasının baş redaktor müavini Yaroslav Dovqopol, Tacikistanın “Xovar” milli informasiya agentliyinin Rusiya üzrə xüsusi nümayəndəsi Halima Xuşkadamova və MDB İcraiyyə Komitəsinin analitik informasiya departamentinin direktoru Aleksandr Zavarzin iştirak ediblər.
İclasda MDB-nin 20 illik yubileyi ərəfəsində İnformasiya Şurasının fəaliyyəti, MDB-nin internet portalının inkişaf planları müzakirə edilmişdir, “MDB-nin 20 illiyi” ilə bağlı fotosərgi barədə məlumat verilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO