Bakıda kitab yarmarkası keçiriləcək

Oktyabrın 18-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi Milli Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı kitab yarmarkası təşkil edəcək.
Trend İdarəyə istinadən məlumat verir ki, yarmarka oktyabrın 18-də Filarmoniya bağında saat 10:00-dan başlayaraq axşam saat 18:00-dək davam edəcək

Yarmarkanın keçirilməsində məqsəd əhalinin kitaba marağını artırmaq, gənc nəslin şəxsiyyət kimi formalaşmasında kitabın əhəmiyyətli rol oynadığını diqqətə çatdırmaq və müstəqillik dövründə nəşriyyatların çap etdiyi kitabları nümayiş etdirməkdir.

Qeyd edək ki, yarmarkada Bakıda fəaliyyət göstərən 40-a yaxın nəşriyyat evi iştirak edəcək, uşaq incəsənət məktəblərinin şagirdlərinin əl işlərinin sərgi-satışı təşkil olunacaq. Həmçinin, şair və yazıçıların oxucularına imza verməsi üçün guşə də ayrılacaq.

Milli.Az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO