Bakıda jurnalisti döyüblər

«Salamnews» informasiya agentliyinin əməkdaşı Zülfüqar Xeyirxəbər İqtisad Universitetiylə üzbəüz «Karvan» kafesində baş verən partlayışla əlaqədar çəkiliş aparan zaman kafe sahibi tərəfindən döyülüb.
Z.Xeyirxəbər deyib ki, hadisədən sonra o, zərərçəkən qismində izahat vermək üçün Səbail rayon 9-cu polis bölməsinə çağırılıb.

«Əllə, ayaqla zərbələr endiriblər. Sol gözümün altı partlayıb. Hələ heç bir həkim yardımı göstərilməyib mənə».
Səbail rayon 9-cu polis bölməsində jurnalistə hücum edən 2 nəfər də saxlanılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO