Bakıda jurnalist qətl törədib

Azərbaycan paytaxtında qətl törədən şəxsin jurnalist olduğu açıqlanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 19-u saat 22.00 radələrində G. Əliyev küçəsi 17-nin qarşısında E. İsmayılov küçəsində yaşayan 25 yaşlı Ayvaz Almuradov mübahisə zəminində həmin ünvanda yaşayan 26 yaşlı Arzuman Namazovu qətlə yetirərək hadisə yerindən qaçıb.

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin apardığı apraşdırmalar zamanı məlum olub ki, A. Almuradov hadisədən əvvəl A. Namazova irad tutaraq evinə su vurmaq üçün quraşdırdığı mühərriki işə salarkən mənzilinə gələn suyun kəsildiyini bildirib. Nəticədə qonşular arasında münaqişə yaranıb və A. Almuradov A. Namazova bıçaq zərbələri endirərək qətlə yetirib. A. Almuradovun jurnalist olduğu müəyyən edilib.

Hazırda baş vermiş qətl hadisəsi ilə əlaqədar Səbail RPİ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi qaldırılıb, qətldə şübhəli bilinən A. Almuradovun tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

A.Almuradov “Xüsusi təhqiqatlar” qəzetinin əməkdaşıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO