Bakıda “Azərbaycan mediasının menecment problemləri” mövzusunda seminar keçirilib

Bu gün Mətbuat Şurasının konfrans zalında Jurnalistlərin Həmkarlar İttifaqı (JHİ) tərəfindən kütləvi informasiya vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə hazırlanan “Media biznes iqtisadiyyatı sahəsində müasir dünya təcrübəsinin Azərbaycanda tədbiqi” adlı layihə çərçivəsində “Azərbaycan mediasının menecment problemləri” mövzusunda seminar keçirilib. SİA-nin məlumatına görə, tədbirdə çıxış edən Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib ki, “Media biznes iqtisadiyyatı sahəsində müasir dünya təcrübəsinin Azərbaycanda tədbiqi” adlı layihəyə sentiyabr ayından etibarən başlanılıb və dekabr ayının sonuna kimi davam edəcək.

Onun sözlərinə görə, layihə tərkibində bu gün keçirilən seminar ilk tədbirdir və növbəti mərhələlərdə isə “Media marketinqi və media planlaşması” mövzusunda seminarlar keçiriləcək.

“Layihənin I mərhələsi bu sahədə problemlərin araşdırılması və beynəlxalq praktikada qeyd olunan sahələrdə yeniliklərin öyrənilməsi məsələlərinə həsr olunub. Bu məqsədlə layihədə nəzərdə tutulub ki, bir neçə aidiyyatı beynəlxalq təşkilatlarla əlaqələrin qurulması və onun tövsiyyə və məqsədlərindən istifadə olunması qarşıya çıxan sualların araşdırılması üçün onların bazasından istifadə edilməsidir”, – deyən M.Ələsgərli bu məqsədlə JHİ-nin bir neçə beynəlxalq təşkilatlarla artıq danışıqlara başladığını bildirib. M.Ələsgərli JHİ ilə Beynəlxalq Jurnalistlər Federasiyası arasında danışıqların aparıldığını söyləyib. Onun sözlərinə görə, media sahəsində baş verən yeniliklərlə bağlı tərəflər arasında müzakirələr aparılıb.

“Biz artıq sentiyabr ayında Beynəlxalq Jurnalistlər Federasiyasının rəhbərliyi ilə bu sahədə danışıqlar aparmışıq və Azərbaycanda media menecmentliyi və media marketinqi sahəsində yeniliklərin tədbiq olunması üçün onların köməklik göstərməsinin razılığı alınıb”, – deyə M.Ələsgərli qeyd edib. M.Ələsgərli vurğulayıb ki, JHİ tərəfindən Azərbaycanda jurnaslistlərin sosial problemləri ilə bağlı araşdırılan problemlər barədə Beynəlxalq Jurnalistlər Federasiyasının prezidentinə suallar göndərilib.

“Bu bizim ilk seminarımızdır və bundan sonra da iki seminarımızın keçirilməsi nəzərdə tutulub”, – deyə M.Ələsgərli əlavə edib.

Sonra tanınmış jurnalist, əməkdar incəsənət xadimi Aydın Dadaşov, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, ekspert Azər Həsrət və digər şəxslər çıxış ediblər.

SİA.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO