Bakıda şairə-publisist, tərcüməçi, jurnalist Anna Bartkulaşvilinin 60 illik yubileyi qeyd edilib

Atatürk Mərkəzində Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun təşəbbüsü, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və SOCAR-Georgia şirkətinin təşkilatçılığı ilə tanınmış şair, publisist, tərcüməçi, jurnalist Anna Bartkulaşvilinin 60 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə ziyalılar, deputatlar, elm adamları və media nümayədələri iştirak ediblər.

SalamNews-un məlumatına görə, tədbiri açan Milli Məclisin üzvü Qənirə Paşayeva nitqinə tədbirə gələn qonaqları salamlamaqla başlayıb. O deyib ki, Anna xanım Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrin inkişafında çox böyük işlər görmüş və öz yaradıcılıq töhvələrini verib. Anna xanım bir şairə, bir publisist olmaqla yanaşı, həm də çox gözəl və təcrübəli bir tərcüməçidir. Həm bizim yazıçı, şairlərin əsərlərini gürcü dilinə, həm də gürcü yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib və bir yaradıcı insan gözü ilə öz süzgəcindən keçirib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Anna Bartkulaşvilini təbrik edib və ürək sözlərini səsləndirib.

Tədbirin sonunda Anna Bartkulaşvili gələn qonaqlara təşəkkür və ehtiramını bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO