“Bakı-Xəbər ” yazı müsabiqəsi elan etdi

“Bakı-Xəbər” qəzeti ictimai müzakirələr səviyyəsində mövzunun müstəsna aktuallığını nəzərə alaraq, “İslamda yas mərasimləri və əyintilər” mövzusunda peşəkar və həvəskar yazarlar üçün müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək istəyənlərə və yazı janrına heç bir məhdudiyyət qoyulmur.

Müsabiqəyə təqdim olunan məqalələr A-3 formatda azı bir qəzet səhifəsi və minimum 10 min çap işarəsi həcmində olmalıdır. Məqalə, dövriliyindən asılı olmayaraq, Azərbaycan qəzetlərinin birində çap olunmalıdır.

Mövzu çərçivəsində Azərbaycanla bağlı araşdırma yazılara xüsusilə üstünlük veriləcək.

Müsabiqədə jurnalistlər, ictimaiyyət nümayəndələri, elm xadimləri, ziyalılar, sənət adamları-hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər.

Məqalələr 20 fevral 2011-ci il tarixdən 20 may 2011-ci il tarixədək “Bakı-Xəbər” qəzetinin redaksiyasında qəbul ediləcək. Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” Nəşriyyatının binası, 6-cı mərtəbə.

Üç ay müddətində qəbul edilən məqalələr qəzetin ekspertlər qrupu tərəfindən dəyərləndiriləcək və mayın sonu, iyunun əvvəllərində qaliblərə müvafiq mükafatların təqdimatı keçiriləcək.

Müsabiqə iştirakçıları məqalənin çap olunduğu qəzetin bir nüsxəsini, şəxsiyyət vəsiqəsinin surətini, habelə məqalənin A-4 çap formatında iki nüsxəsini redaksiyamıza təqdim etməlidir.

Məqalənin sonunda “İslamda yas mərasimləri və əyintilər” mövzusunda müsabiqəyə təqdim olunur” qeydi göstərilməlidir.

Qaliblər üçün aşağıdakı mükafatlar müəyyənləşdirilib.

Birinci yer – 1 nəfər – 1000 (min) manat

İkinci yer – 2 nəfər – hər birinə 500 (beş yüz) manat

Üçüncü yer – 3 nəfər – hər birinə 300 (üç yüz) manat

Əlavə məlumat üçün “Bakı-Xəbər” qəzetinin redaksiyasına və bu telefona müraciət etmək olar. Tel: 510-87-38 Vaqif Həsənov

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO