Bakı Dövlət Universiteti yaxşı jurnalist axtarır

Modern.az xəbər verir ki, Bakı Dövlət Universiteti ayrı-ayrı ixtisas sahələri üzrə peşəkar jurnalist kadrlarının hazırlanması üçün dəqiq, təbiət və humanitar elmlər sahəsində bakalavr və magistratura pillələrini bitirmiş və jurnalistikaya meylli gəncləri ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatınıın professional səviyyədə işıqlandırılmasını təmin etmək məqsədi ilə jurnalist ixtisası üzrə əlavə təhsil almaq üçün müsabiqə elan edib.Univeristetin mətbuat və informasiya şöbəsindən verilən məlumata görə,müsabiqədə xüsusi qabiliyyəti olan gənclər iştirak edə bilərlər.
Arzu edənlər əlavə məlumat almaq üçün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanlığına müraciət edə bilərlər. Qəbul qaydaları və müsabiqənin keçirilmə tarixi haqqında rəsmi elan veriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO