Baş redaktorumuzun müavininin kitabı Türkiyə naşirlərinin diqqətini cəlb etdi

Qəzetimizin baş redaktor müavini hacı Vaqif Cəliloğlunun 2009-cu ildə “Mütərcim” Nəşriyyatında çapdan çıxan “Qəlbin zəkatı” adlı üçüncü kitabı Azərbaycanın hüdudlarından kənarda da maraqla qarşılanıb.

Dini mövzuda qələmə alınan kitab Türkiyənin “Ögretim Üyeti” təşkilatı əməkdaşlarının da diqqətini cəlb edib. Məlumatımıza görə, bu qurum V.Cəliloğlunun “Qəlbin zəkatı” kitabını Türkiyə türkcəsinə çevirərək çap etdirmək istəyir. Bu barədə artıq müəllifə məlumat verilib. Təşkilat əməkdaşları müəllifə bildirib ki, onun qələmə aldığı bu kitab Azərbaycanda İslam dini mövzusunda yazılan ən maraqlı, gözəl kitablardan biridir. Bu səbəbdən də onlar “Qəlbin zəkatı”nın türkiyəli oxuculara da təqdim edilməsini nəzərdə tutur. “Ögretim Üyeti” əməkdaşlarının bu günlərdə Bakıda müəlliflə yaradıcılıq görüşü gözlənir. Onlar müəlliflə görüşüb, kitabın tərcüməsilə bağlı söhbət aparacaq.

Qeyd edək ki, tirajı 500 ədəd olan “Qəlbin zəkatı”nın redaktoru hacı Şəmsəddin Əliyevdir.

Qurum hacı Vaqif Cəliloğlunun dini mövzuda yazdığı və gələcəkdə yazacağı digər kitabları da nəşr etdirməyi planlaşdırır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO