Baş redaktorlar seçki dairələrində müşahidələr aparıb

Saat 19.00-dək seçkini işıqlandıran jurnalistlər tərəfindən Azərbaycan Mətbuat Şurasının “qaynar xətt”inə 2 məlumat daxil olub.

Şuradan APA-ya verilən məlumata görə, “Turan” İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikasındakı müxbiri Məlahət Nəsibova və “Yeni Müsavat” qəzetinin Muxtar Respublikadakı müxbiri Həkimeldostu Mehdiyev peşə fəaliyyətlərini yerinə yetirərkən maneələrlə üzləşdiklərini bildiriblər. Şura hər iki məsələnin araşdırılması üçün əlaqədar qurumlara müraciət edib.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvlərindən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Xətai, “Bakı- Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Sabunçu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Cəlilabad rayonundakı seçki dairələrində, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 83 saylı Ağcabədi-Füzuli seçki dairəsində KİV təmsilçilərinə yaradılan şəraitlə tanış olub. Onlar həmin yerlərdə KİV-lər üçün zəruri şəraitin yaradıldığını deyiblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO