Baş redaktor “Alma “nın ruhuna yaxın işçi tapmaqda çətinlik çəkir

“Alma” qəzeti bu həftə köşklərə çıxacaq. Məlumatı “Media forum” saytına verən baş redaktor İsrail Musayev deyib ki, qəzetin növbəti sayı üçün xeyli yazı toplanıb: “Bu sayda “Dalğa”çı gənclərin yazılarını oxuya biləcəksiniz. Özüm də köşə yazısı ilə çıxış edəcəm”.

Baş redaktorun sözlərinə görə, bir neçə yazar əməkdaşlıq üçün müraciət eləsə də, onlarla söhbətdən razı qalmayıb: “Söhbət elədim, bir neçə mövzu dedilər, lakin razı qalmadım. Yenə də axtarışdayam. İstəyirəm ki, “Alma”nın əvvəlki ruhuna yaxın kollektiv toplaya bilim”.

Baş redaktor sabiq şef-redaktor Zahir Əzəmətlə yaxşı dil tapdığını, yaradıcılıq məsələlərində fikirlərinin üst-üstə düşdüyünü deyib: “Amma onlar qəzeti bu vəziyyətə salıb getdilər”.

Təxminən 10 gün əvvəl qəzetin şef-redaktoru Zahir Əzəmət, redaktor Elnur Aslanbəyli, jurnalistlər Natiq Muxtarlı, Günel Mövlud, habelə texniki heyət qəzetdən getdiklərini elan ediblər.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO