Baş redaktor: “Ad günündə ATV-nin saytı yenilənib”

“Biz heç vaxt ad günlərimizi təmtəraqlı şəkildə qeyd etməmişik. Adi iş günlərində necə işləmişiksə, o tempdə ad günlərimizdə davam etmişik”. Bu sözləri Modern.az-a açıqlamasında ATV telekanalının “Xəbərlər” redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu deyib. Belə ki, bu gün “Azad Azərbaycan”ın yaranmasının 12 yaşı tamam olmasını şərh edərkən deyib.

V. Aydınoğlu qeyd edib ki, ad günlərinə hədiyyə olaraq onlar “ATV Xəbər” və radioların yenilənmiş saytlarını istifadəyə veriblər.
“12 il televiziya üçün o qədər də böyük yaş deyil ki, ağız dolusu danışım ki, nəsə etmişik. Amma qeyd edim ki, az iş də görməmişik. Mənə elə gəlir ki, tamaşaçılar da bunu görür. ATV-nın televiziya və xəbər məkanında öz yeri var”.
V. Aydınoğlu həmçinin bildirib ki, yeni yaşda onlar tamaşaçılara bir sıra yeni layihələr təqdim edəcəklər. “Yanvar ayından tamaşaçılar yenilikləri görəcəklər”.

Qeyd edək ki, “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkəti 13 may 1998-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. 25 dekabr 2000-ci il tarixdən fəaliyyət göstərməyə başlayıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO