“AzTV-yə ayrılan vəsait İTV-yə verilsin”

Bu təkliflə Fazil Qəzənfəroğlu çıxış edib

Azərbaycan Milli Məclisinin, həmçinin deputatların fəaliyyətinin işıqlandırılmasını İctimai Televiziyaya (İTV) həvalə etmək lazımdır.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan haqları və Parlamentlərarası əlaqələr və beynəlxalq münasibətlər komitələrinin 2010-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə dair bu gün keçirilən birgə iclasında çıxış edən millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Qəzənfəroğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Televiziyası (AzTV) Milli Məclisin komissiyalarının, deputatların çıxışlarını və s. lazımi qaydada nümayiş etdirmir, çıxışları ixtisar edərək, qısa reportaj formasına salır: «Nümayişin daha səviyyəli və daha ətraflı yerinə yetirilməsinin öhdəsindən İTV daha yaxşı gəlir və fikrimcə, AzTV-yə dövlət tərəfindən ayrılan vəsait İTV-yə verilsə, həmin telekanal bu işləri daha yüksək səviyyədə həyata keçirər».

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO