AzTV-nin keçmiş rejissoru şirkətlə mübarizəni Avropa Məhkəməsinə çıxarmaq istəyir

“Azərbaycan televiziya verilişləri” QSC-nin (dövlət televiziyası) maarifləndirici proqramlar redaksiyasının keçmiş rejissoru Bəsti Şiriyeva Azərbaycan Ali Məhkəməsi Plenumuna əlavə kassasiya şikayəti qaydasında müraciət edib. O, işə bərpa olunmasını və ona dəyən maddi, mənəvi zərərə görə kompensasiya ödənilməsini tələb edir.

2008-ci ildə Şiriyeva AzTV rəhbəri Arif Alışanova etirazını bildirdikdən sonra işdən çıxarılıb. “Yeni kadrların çoxu gənc, təcrübəsiz adamlar idi. Lakin onlara 500 manat və bundan çox ödənilirdi. Mənə, 1981-ci ildən dövlət televiziyasında çalışan rejissara isə 50-100 manat verirdilər” – Şiriyeva bildirib.

Şiriyeva etiraz əlaməti olaraq hər 1-3 aydan bir təzələnən əmək müqaviləsini imzalamayıb.

Şiriyevanın əmək fəaliyyəti haqqında qanunvericiliyin 68-2b maddəsi (əmək müqaviləsinin başa çatması) ilə işdən çıxarılması barədə 31 mart 2008-ci il tarixli əmr ona 2009-cu il oktyabrın 19-da təqdim olunub. Bundan əlavə, Şiriyevaya indiyədək əmək kitabçasını verməyiblər.

Şiriyevanın AzTV-nin rəhbəri Alışanov ilə görüşmək cəhdləri nəticə verməyib. Şiriyevanın sözlərinə görə, Səbail Rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Ali Məhkəməsi AzTV-nin mövqeyini dəstəkləyiblər. Ali Məhkəmə Plenumu onun şikayətini təmin etməsə, Şiriyeva Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO