Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevin əsərləri Çin dilinə tərcümə olunacaq

Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevin əsərləri Çin dilinə tərcümə olunacaq. APA-nın məlumatına görə, bu barədə yazıçı bu gün tələbələrlə keçirilən görüşdə bildirib. Ç. Abdullayevin sözlərinə görə, artıq Çindən zəng edərək onun əsərlərinin Çin dilində tərcümə olunması üçün icazə istəyiblər: “Mənim əsərlərim artıq 28 dilə tərcümə olunub. Bu sırada növbəti dil isə Çin dili olacaq. Mən buna çox sevinirəm. Hər zaman gənclərin kitaba həvəs göstərmələrini istəmişəm. Hansı yazıçının əsərlərini oxumalarının fərqi yoxdur, ancaq oxusunlar. Deyəndə ki, azərbaycanlılar kitab oxumur, bu mənə çox pis təsir edir. Axı biz oxuyan xalqıq və həmişə oxumuşuq. Bunu da dünyaya sübut etməliyik”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO