“Azərbaycanın Milli Qəhrəmanları” kitabının təqdimatı keçirilib

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi Yeni Azərbaycan Partiyasının dəstəyi ilə “Yeni Azərbaycan” qəzetinin mətbuat zalında “Azərbaycanın Milli Qəhrəmanları” adlı kitabın təqdimatını keçirib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən kitabın müəllifi Vüqar Əsgərov bildirib ki, kitabın ərsəyə gəlməsinə 2005-ci ildən başlanılıb: “İlk dəfə bu kitabın I nəşri həmin dövrdə olub. Bu kitab “Dərələyəz-M” mətbəəsinə təqdim olunaraq hazır diapozitivlərdən çap olunub”.

Vüqar Ələsgərov onu da vurğulayıb ki, kitabdan əldə edilən gəlir Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi tərəfindən keçirilən Azərbaycan xalqının soyqırım qurbanları muzeyinin yaradılması ilə əlaqədar Telemarafon layihəsinin hesabına keçiriləcək.

Qeyd edək ki, kitabda Azərbaycanın ərazi bütövlüyü uğrunda mərdlik və şücaət göstərən “Azərbaycanın Milli Qəhrəmanı” kimi şərəfli ada layiq görülən 211 insanın həyat və fəaliyyətindən, keçdiyi döyüş yolundan söhbət açılıb. Müəllifin bu kitabı yeniyetmə və gənclərimizin milli ruhda əsl vətənpərvər kimi tərbiyə olunmasında böyük rol oynayacaq. Kitab 2000 nüsxə tirajla çap olunub.

Kitabın baş məsləhətçisi Prezident Administrasiyası İqtisadi Siyasət şöbəsinin müdiri Mayıl Rəhimov, redaktoru AMEA-nın Respublika Xatirə kitabı redaksiyasının böyük redaktoru İsrafil Əhmədov, rəyçisi isə Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramovdur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO