Azərbaycanlı yazıçının Belarusda kitabı çap olunub

Azərbaycanlı yazıçının Belarusda kitabı çap olunub  Belarus Yazıçılar İttifaqı yanında “Literatura i iskusstvo” dövlət nəşriyyatında həmvətənimiz Esmira İsmayılovanın uşaqlar üçün yazdığı “Siçan balası Pipin qəribə sərgüzəştləri” adlı kitabı çapdan çıxıb. Esmira İsmayılovanın kitabı satış şəbəkəsinə daxil olandan sonra Belarus mətbuatı yeni müəlliflə ciddi maraqlanıb. Gənc yazıçı hazırda siçan balası haqqında uşaqlar üçün povestin davamı üzərində işləyir, eyni zamanda yaşlılar üçün nəzərdə tutulan tarixi romanı tamamlayır. Oktyabrın axırlarında Belarusun “Sovremennaya şkola” nəşriyyatında Esmira İsmayılovanın “Sözəbaxan uşaqlar üçün şeirlər” adlı ikinci kitabı çapdan çıxacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO