Azərbaycanlı jurnalist və bloqçu yoxa çıxıb

Azərbaycanlı jurnalist və bloqçu yoxa çıxıb Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan jurnalist və bloqçu İbrahim Rəşidi (Savalan) yoxa çıxıb.

“Media forum” saytının məlumatına görə, iyunun 14-ü Ərdəbildəki evindən çıxan İbrahim Rəşidi bu günə qədər geri qayıtmayıb, hətta evə zəng etməyib. Ərdəbilli fəal və jurnalistin ailə üzvləri İranın kəşfiyyat (ETTELAAT) əməkdaşlarının onu tutub bilinməz istiqamətə apardığını güman edirlər.

Güney Azərbaycan milli hərəkatının fəal üzvlərindən olan İ.Rəşidi milli zəmindəki fəaliyyətlərinə görə il yarım əvvəl tutulub 5 ay həbsdə saxlandıqdan sonra 50 min dollarlıq mülk girovu qarşılığında azadlığa buraxılmışdı.

“Azərtopraq” adlı qeyri-hökumət təşkilatının qurucusu, Urmiya Universitetində fəaliyyət göstərən Şəhriyar adına ədəbi dərnəyin rəhbəri, “Bulud”, “Oyanış”, “Ulduz” və “Baxış” tələbə qəzet və jurnallarının əməkdaşı olan ərdəbilli fəalın hazırda harada olduğu barədə məlumat yoxdur.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO