“Azərbaycanda Yeni Media: Reallıq və Perspektivləri”

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avrasiya Əməkdaşlıq Fondu ilə birlikdə “Yeni Media vasitəsilə İcma Gəncləri Sülh Quruculuğu Proqramı” çərçivəsində “Azərbaycanda Yeni Media: Reallıq və Perspektivləri” mövzusunda növbəti dəyirmi masa keçirib. ARGTMŞ-dən Modern.az saytına verilən məlumata görə, “Hilton “otelində baş tutan görüşdə müstəqil jurnalist Seymur Kazımov “Azərbaycanda vətəndaş jurnalistikasının perspektivləri”, professor Niyazi Mehdi “Mədəniyyətin mahiyyətində gizlənən düşməniçlik və Yeni Media”, Humanitar Tədqiqatlar Cəmiyyətinin Rəhbəri Əvəz Həsənov isə “Münaqişənin tənzimlənməsində Yeni Medianın rolu” mövzusunda məruzələr ediblər. Mövzular ətrafında fikir mübadilələri aparılıb, bir sıra təkliflər səsləndirilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO