Azərbaycanda xəbər saytı və qəzet satışa çıxarılıb

Oxucu.info xəbər saytı (İnternet qəzeti) satışa çıxarılıb. Bu barədə Modern.az-a saytın baş redaktoru Məhərrəm Ağalaroğlu bildirib. O dedi ki, saytın satılması müxtəlif səbəblərdən irəli gəlir.
“Əslində heç vaxt oxucu.info-nu satmaq istəməzdim. Lakin təkbaşına sayt işlətmək çətin olduğu üçün bu addımı atmaq məcburiyyətindəyəm”, deyə baş redaktor bildirib. M.Ağalaroğlu onu da bildirdi ki, sayt fəaliyyətə başladığı gündən çətin şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq qismən də olsa istəyinə nail olub. “Oxucu.info-nu açarkən qarşımızdakı əsas məqsəd xüsusi ilə universitetlərin jurnalistika fakültələrində təhsil alan tələbələrin əyani təcrübə qazanmalarına yardımçı olmaq idi”.
M.Ağalaroğlu əlavə edib ki, saytla bərabər qeydiyyatdan keçən, lakin hələ də çap olunmayan “Oxucu” qəzetinin qeydiyyat vərəqəsi də satılır. “Oxucu.info ilə bərabər “Oxucu” qəzetinin qeydiyyat şəhadətnaməsini də satmaq istəyirik. Onu da deyim ki, saytla birlikdə yeni quraşdırılmış və Azərbaycanda ilk olan oxucu.info toolbar-ı, Facebook-da oxucu.info qrupu və səhifəsi, həmçinin iki ədəd e-poçta adresi də verilir”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO