“Azərbaycanda vətəndaş inteqrasiyası və KİV” adlı yeni kitabı işıq üzü görüb

“Azərbaycanda vətəndaş inteqrasiyası və KİV” adlı yeni kitabı işıq üzü görübHeydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayevin “Azərbaycanda vətəndaş inteqrasiyası və KİV” adlı yeni kitabı işıq üzü görüb. Kitaba müəllifin müxtəlif illərdə yazdığı, ölkəmizdəki və xarici elmi məcmuələrdə çap olunan məqalələri daxil edilib. Məqalələrdə ümummilli liderimiz Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyasının təhlilinə geniş yer verilib.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin vətəndaş inteqrasiyasındakı rolunun öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Nəşrə “Ön söz”ü Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyev yazıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO