Azərbaycanda tanınmış jurnalist həbs edilib

Azərbaycanda tanınmış jurnalist həbs edilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, jurnalist Elman Malıyev dələduzluqda təqsirli bilinir. Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə axtarışda olan, 1963-cü il təvəllüdlü Elman Huşan oğlu Malıyev iyunun 6-da tutularaq istintaqa təhvil verilib. O, Şəmkir rayon Polis Şöbəsinin sorğusu əsasında saxlanılıb.

Qeyd edək ki, E. Malıyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. Hazırda onun heç bir yerdə işləmədiyi bildirilir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO