Azərbaycanda milli seminar

Azərbaycanda milli seminar
Dekabrın 11-də M.F.Axundov adına Milli Kitabxanada görkəmli Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin yaradıcılığına həsr olunan milli seminar reallaşacaq. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. Onun sözlərinə görə, Milli seminar İSESKO – Regional Mərkəzi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.
Milli seminara AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev sədrlik edəcək.
Məlumat üçün bildirək ki, 2009-cu ildə Əfzələddin Xaqani Şirvaninin vəfatının 810 illiyi tamam olur. Sözügedən seminar bu münasibətlə keçiriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO