Azərbaycanda KİV-in sayı 4300-ü keçib

Azərbaycanda KİV-in sayı 4300-ü keçib2010-cu ildə Azərbaycanda 221 mətbu orqan qeydiyyata alınıb.

Lent.az-ın Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ötən il aparılmış notariat əməliyyatlarının sayı 2,8 milyonu ötüb, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 350 minə qədər əməliyyat aparılıb. Ümumilikdə isə dövlət büdcəsinə 10 milyon manata yaxın vəsait köçürülüb.

Məlumatda həmçinin bildirilir ki, vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının mühüm rolu nəzərə alınaraq, 124 təşkilat dövlət qeydiyyatına alınıb, 221 mətbu nəşr uçota götürülüb. Bununla da ölkədə QHT-lərin sayı 3500-ü, KİV-lərin sayı isə 4300-ü ötüb.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO