Azərbaycan Yazıcılar Birliyinə qəbul qaydaları ciddiləşdiriləcək

Azərbaycan Yazıcılar Birliyinə qəbul qaydaları ciddiləşdiriləcəkBu barədə APA-ya AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu məlumat verib. O bildirib ki, birliyə axın həddən artıq çox olduğundan qurum ötən il üzvlüyə qəbulu dayandırmaq məcburiyyətində qalıb: “AYB-yə qəbul ekspertlər tərəfindən aparılacaq və kifayət qədər ciddiləşdiriləcək. Yalnız o şəxslər birliyə üzv qəbul olunacaqlar ki, onların yaradıcılıqları uzunmüddətli olsun. Yoxsa beş-altı şer, mahnı mətni yazırlar, sonra da qələmi qoyurlar yerə, adları da qalır şair. Halbuki yazıcılıq, şairlik bir peşə olmalıdır. Hazırda AYB-də bu vəzifəni yerinə yetirən heç 10 faiz üzv yoxdur”.

Qeyd edək ki, hazırda AYB-nin 1500-ə qədər üzvü var. Onlardan 250-si fəxri üzvlərdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO