“Azərbaycan poeziyasının antologiyası “

"Azərbaycan poeziyasının antologiyası"Yanvarın 27-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda filologiya elmləri doktoru, professor Həsən Quluyevin “Azərbaycan poeziyasının antologiyası” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə giriş sözü ilə çıxış edən AYB-nin sədri, xalq yazıçısı Anar kitab haqqında məlumat verib. Sədr üç cilddən ibarət olan bu kitab rus dilində çap olunduğunu qeyd edib. Tədbirdə AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev, xalq şairi Fikrət Qoca, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov və başqaları iştirak ediblər. Məlumat üçün bildirək ki, adıçəkilən kitabın baş redaktoru yazıçı Anardır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO