Azərbaycan plovu Ukraynanın rekordlar kitabında

Azərbaycan plovu Ukraynanın rekordlar kitabındaAzərbaycan mətbəxi öz orijinallığına görə, dünyada tanınır. Bu ay Azərbaycanın milli xörəyi sayılan “Şah plov” Ukraynanın rekordlar kitabına daxil edilib. Belə ki, həmyerlimiz, peşəkar kulinar Mütəllib Novruzov 27 kq ağırlığında plov hazırlayıb. Bu plov rekordlar kitabına Azərbaycan milli adət-ənənələrinin və Ukrayna xalqının mədəniyyətinə inteqrasiyası prosesində ən böyük həcmdə hazırlanmasına görə daxil olub. “Şah plov” on iki saat ərzində hazırlanıb. Aşpaz M. Novruzovun sözlərinə görə, plovun hazırlanması üçün 7 kq düyü, 7 kq mal əti, 64 lavaş, 10 kq meyvə ( ərik qurusu, kişmiş, qara gavalı, xurma), o cümlədən 3 kq kərə yağı, damağa görə zəfəran və duz istifadə olunub.
Qeyd edək ki, adətən Azərbaycanın bu milli xörəyi 2 kq-dan artıq olmur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO