“Azərbaycan “ın növbəti sayı çapdan çıxıb

"Azərbaycan"ın növbəti sayı çapdan çıxıb“Azərbaycan” ədəbi-bədii jurnalının yeni sayı işıq üzü görüb. Topluda xalq yazıçısı Anarın “Nəşədən ələmə” essesinə yer verilib. Yazıda müəllif Vidadi və Vaqifi bir-biri ilə qarşılaşdırıb, onlardan birini nəşə birini ələm adlandırıb. Jurnalda nəsr əsərləri sırasında yazıçı-publisist Seyran Səxavətin “Qaçhaqaç” romanı, Kamil Əfsəroğlunun “Nırx” və “Qladiator” hekayələri, Eyvaz Zeynalovun “Tələ” povesti daxil edilib. “Poeziya” bölməsində İnqilab İsaqın, Hacı Ərşad Hacı Bədəllinin, İltifat Salehin, Səkinə İlyasqızının, Sultan Mərzilinin, Qədiməli Əhmədin, Sara Selcanın və Nazilə Gültacın şeirləri öz əksini tapıb. “Xatirələr, duyğular” guşəsində bu dəfə xalq yazıçısı Süleyman Rəhimov xatırlanıb. Nahid Hacızadə “O illərin işığı” başlıqlı yazısında mərhum həmkarı ilə tanışlıq və uzunmüddətli dostluq xatirələrini yazıb. “Axtarışlar və tapıntılar” bölməsində Xasay Mehdizadə 1938-ci ildə yazıya alınmış “Sarı Aşıq” dastanını təqdim edib. Möhsün Nağısoylunun “XV-XVI əsrlər Azərbaycan tərcümə ədəbiyyatı” yazısı tənqid və ədəbiyyatşünaslıq bölməsində öz əksini tapıb. Bölmənin digər səhifəsində Yaşar Qasımbəylinin “Poeziyanın paralel planetləri” yazısı da maraq doğurur. “Naməlum abidələrimizdən soraqlar” yazısında XVII əsrdə yaşamış şairlərimiz haqqında məlumatlar verilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO