Azərbaycan Mətbuat Şurası monitorinq keçirib

Azərbaycan Mətbuat Şurasının (AMŞ) monitorinq qrupu İctimai Palatının aprelin 22-də keçirilən mitinqində jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələrinin monitorinqini aparıb.

AMŞ-dən SalamNews-a verilən məlumata görə, Mətbuat Şurasının mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının üzvlərinin iştirak etdikləri monitorinq zamanı media təmsilçiləri ilə bağlı hər hansı insident qeydə alınmayıb. Daimi Komissiyanın tərkibinə Mətbuat Şurası ilə yanaşı, Baş Prokurorluğun, Daxili İşlər və Ədliyyə Nazirliklərinin nümayəndələri daxildirlər. Komissiya üzvlərindən ibarət qrup, eyni zamanda, müəyyənləşdirib ki, aksiyanı işıqlandıran jurnalistlərin əksəriyyəti üzərində PRESS yazılmış xüsusi gödəkçələrdə olsalar da, bəzi media təmsilçiləri peşə fəaliyyətlərini yerinə yetirərkən bu geyimlərdən istifadə etməyiblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO