Azərbaycan mətbuat azadlığına görə dünyada 172-ci yeri tutur – “Freedom House “

ABŞ-ın qeyri-hökumət təşkilatı olan “Freedom House” dünyada mətbuat azadlığının cədvəlini tərtib edib. 197 ölkənin yer aldığı siyahıda 66 ölkənin mətbuatı azad, 72 ölkənin mətbuatı qismən azad, 59 ölkədə isə qeyri-azad kimi dəyərləndirilib.

SalamNews-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, hesabata görə, Rusiya hesabındakı 80 balla Azərbaycan və Zimbabve ilə 172-ci pilləni bölüşür. Bir il öncə isə, bu siyahıda Rusiya Konqo və Zimbabve ilə eyni pillədə qərarlaşmışdı.

Reytinq təşkilatın saytında dərc olunub.

Jurnalistlər ən azı təzyiqə Skandinaviya, Qərbi Avropa və Şimali Amerika ölkələrində məruz qalırlar. Siyahıda ilk pillədə Finlandiya qərarlaşıb. İlk beşlikə Norveç, İsveç, Belçika və Danimarka daxil olublar.

ABŞ və Kanada müvafiq olaraq 22-ci və 25-ci yeri tuturlar. Mətbuatın daha çox təzyiqə məruz qaldığı qitələr isə Afrika və Asiyadır. Ən pis vəziyyət Şimali Koreya, nisbətən yaxşı vəziyyət isə, Türkmənistan, Özbəkistan, Eritreya və Belarusda qeydə alınıb.

“Freedom House” hesabatına görə, “ərəb baharı” yaşamış ölkələrdə mətbuat azadlığının səviyyəsi yüksəlib. Liviya, Tunis və Misir siyahıda yüksələrək “qeyri-azad” mövqedən “qismən azad” ölkələr sırasına çatıblar.

Paylaş

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO