“Azərbaycan məktəbi” jurnalının 85 illik yubileyi qeyd edilib

“Azərbaycan məktəbi” jurnalının 85 illik yubileyi qeyd edilib
Təhsil Nazirliyində “Azərbaycan məktəbi” jurnalının 85 illik yubileyi qeyd edilib. APA-nın məlumatına görə, yubiley mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, təhsil mətbuatının tarixini öyrənmək, fəaliyyətlərini təhlil etmək və gələcək perspektivlərini müzakirə etmək çox vacibdir: “”Azərbaycan məktəbi” jurnalı təhsilin inkişafında çox mühüm rol oynayıb. Sevindirici haldır ki, son 20 ilin hadisələri təhsillə bağlı olan mətbuatın istiqamətini mənfiyə doğru dəyişə bilmədi. Bu mətbuat öz durumunu saxlaya və Azərbaycan məktəbinə xidmət edə bildi”.

M. Mərdanov təhsil mətbuatı ilə bağlı müəyyən iradlarını da diqqətə çatdırıb: “Hər bir mətbuat orqanı öz mövqeyini çəkinmədən bildirməlidir. Təəssüf ki, bizim müəyyən mətbuat orqanlarımız gözləmə mövqeyi tutur”.

Nazir bildirib ki, hazırda “Azərbaycan məktəbi” jurnalının beş əməkdaşı ölkə prezidentinin fərdi təqaüdçüsüdür. Nazir jurnalın işinin bundan sonra daha da güclənəcəyinə, Azərbaycan təhsil tarixinin araşdırılmayan məqamlarını işıqlandırılacağına ümid etdiyini bildirib.

M. Mərdanov jurnalın iki əməkdaşını “Qabaqcıl təhsil işçisi” döş nişanı, səkkiz nəfərini isə fəxri fərmanla təltif edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO