“Azərbaycan mədəniyyəti Macarıstanda ” adlı silsilə kitablar

"Azərbaycan mədəniyyəti Macarıstanda" adlı silsilə kitablarAzərbaycan Respublikasının Macarıstandakı səfirliyi ölkəmizin mədəniyyəti, tarixi və elminin təbliği məqsədilə Budapeştdə yerləşən Avropa Folklor İnstitutu ilə birgə macar dilində “Azərbaycan mədəniyyəti Macarıstanda” adlı silsilə kitabların nəşrinə başlayıb.
Artıq bu seriyadan olan üç kitab – AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun “Azərbaycanlıların etnogenezinə dair”, AMEA Əlyazmalar İnstitutunun direktoru Məmməd Adilovun “Macarıstanda Azərbaycan-türk əlyazmaları” və Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun redaktorluğu ilə “Azərbaycan dolması” – işıq üzü görüb. Kitablar Macarıstanın müxtəlif kitabxanaların veriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO