Azərbaycan kitabxanaçıları Beynəlxalq Krım Konfransında

İyunun 7-də Ukraynanın Krım Vilayətində XVII Beynəlxalq Krım Konfransı başlayır.

Beynəlxalq konfransda 130-dan çox ölkənin 2 minə yaxın nümayəndəsi iştirak edir. Onların arasında Azərbaycan da var. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, konfransda dünya kitabxana-informasiya sahəsində baş verən yeniliklər, kitabxana işinin inkişafı, muzey və kitabxanaların avtomatlaşdırılması, kitabxanalar vasitəsi ilə məsafəli təhsilin həyata keçirilməsi və digər maraqlı məsələlər müzakirə olunacaq.

Bu il Konfransda ELNİT (Elektron kitabxanaların istifadəçiləri və işləyib hazırlayanları) Assosiasiyasının Rəyasət Heyəti seçiləcək. Azərbaycandan 25-dən çox kitabxana, o cümlədən Mədəniyyət və Turizm Nazirliyi ELNİT Assosiasiyasının üzvüdür.

Azərbaycan nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsi ilə göndərilən mütəxəssislər, habelə Prezident Kitabxanasının, Xarici İşlər Nazirliyinin kitabxanası, Bakıdakı Amerika Mərkəzinin, F. Köçərli adına Respublika Uşaq Kitabxanasının, C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nümayəndələri daxildir.

Konfransın 1-ci günündə Qara dağ auditoriyasında Azərbaycan kitabxanaçıları uğur və nailiyyətlərindən danışılacaq, milli geyimli Azərbaycan qızları Azərbaycanın kitab mədəniyyətini bir daha dünyaya nümayiş etdirəcəklər.

Konfrans iyunun 12-ə qədər davam edəcək.

Xəyalə

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO