«Azərbaycan incəsənəti» ingilis dilində

«Azərbaycan İncəsənəti-təsviri sənət, dekorativ tətbiqi sənət, memarlıq (uşaq və gənclər üçün ensiklopedik məlumat kitabı) kitabının ingilis versiyası nəşr olunub. APA-nın məlumatına görə, kitab Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində «Bizim Nəsil» Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən çap edilib. Layihənin rəhbəri Nurəddin Mehdiyev bildirib ki, kitabda qədim tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan incəsənətinin təsviri sənət, dekorativ tətbiqi sənət, memarlıq haqqında məlumatlar toplanıb. Uşaqlar üçün ensiklopediya xarakterli bu kitabda adları Azərbaycan incəsənəti tarixinə həkk olunmuş görkəmli sənətkarlar, özünəməxsus bədii məziyyətə malik dünya şöhrətli sənətkarlıq nümunələri haqqında yığcam məlumat verilir. Kitabın məsləhətçisi akademik Ömər Eldarovdur.
Xatırladırıq ki, 2010-2011- ci illərdə kitabın Azərbaycan dilində üç cildi çap olunmuşdu. Yaxın vaxtlarda ingilis dilində Azərbaycan İncəsənəti uşaq və gənclər üçün ensiklopedik məlumat kitabının ictimaiyyətə təqdimatı keçiriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO