“Azərbaycan dilinin tezlik lüğəti ” hazırlanıb

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin birgə həyata keçirdiyi Dilmanc layihəsi çərçivəsində “Azərbaycan dilinin tezlik lüğəti” hazırlanıb.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, təqdim olunan tezlik lüğətinin tərtibi üçün Azərbaycan dilinin bütün üslubları təmsil olunmaqla təxminən 50 milyona yaxın söz-formadan ibarət mətnlər linqvostatistik təhlilə cəlb olunub. Elmi, bədii, publisist, rəsmi, məişət və s. üslublara dair materialların elektron variantlarının mövcudluğu tədqiqatın hərtərəfli olmasına və statistik seçmə baxımından etibarlılığına imkan yaradıb. Lüğətdə 12000-ə yaxın söz kökü əhatə olunub.
Lüğətdən dil mütəxəssisləri, orta və ali məktəb müəllimləri, mətbuat işçiləri istifadə edə bilərlər.
Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO