“Azərbaycan deyəndə ” kitabının təqdimat mərasimi olacaq

"Azərbaycan deyəndə" kitabının təqdimat mərasimi olacaqMart ayının 18-də “Abşeron” Rəsm Qalereyası və Cənubi Qafqaz və Mərkəzi Asiyanın aparıcı sistem inteqratorlarından olan SİNAM şirkətinin “Azərbaycan deyəndə” adlı kitabın təqdimat mərasimi olacaq. Kitab “Abşeron” Rəsm Qalereyasının və SİNAM şirkətinin töhfəsidir. Kitabda ölkənin təbiəti , turizm sahəsinin inkişafına əlverişli imkanlar yaradan tarixi mədəni abidələri haqqında böyük həcmli informasiya toplanmışdır. “Abşeron” Rəsm Qalereyası Turizm ili çərçivəsində “Azərbaycan deyəndə” kitabını çap etdirib. Toplunun müəllifi publisist Eldəniz İbrahimovdur. “Azərbaycan deyəndə” kitabı “Vətəni qarış-qarış” seriyasından ikinci nəşrdir və SİNAM şirkətinin dəstəyi ilə çap edilmişdir. İnformasiya və naviqasiya dəstəyini Yollar.az portalı göstərmişdir. Kitabda Azərbaycan mədəniyyətinin incəliklərini, onun tarixi, turizm və infrastrukturun inkişafı üçün geniş imkanları aydın şəkildə əks etdirən 400-ə yaxın foto-şəkil vardır. Nəşrdə materiallar Azərbaycan, ingilis və rus dillərində verilmişdir. Toplu SİNAM şirkətinin texniki dəstəyi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin www.guideMap portalına informasiya dəstəyi olaraq hazırlanmışdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO