“Azərbaycan dastanlarının struktur poetikası “

"Azərbaycan dastanlarının struktur poetikası"AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, f.e.d.,prof. Məhərrəm Cəfərlinin bu günlərdə yeni kitabı işıq üzü görüb. “Nurlan” nəşriyyatında olduqca nəfis tərtibatda çap olunan kitab “Azərbaycan dastanlarının struktur poetikası” adlanır. Monoqrafiyada geniş şəkildə Azərbaycan dastan yaradıcılığı və onun inkişaf mərhələlərindən, obrazlar sistemindən, poetik strukturundan, arxaik dastan motivlərinin epik-mifoloji semantikasından, eləcə də bu günədək bu sahədə aparılmış tədqiqatlardan, o cümlədən müəllifin özünün apardığı tədqiqatlar nəticəsində yaxından izlədiyi dastan janrının müxtəlif istiqamətlərindən bəhs olunur.
“Kitabi-Dədə Qorqud”, “Məhəmməd-Güləndam”, “Əsli və Kərəm”, “Abbas və Gülgəz” və digər məhəbbət dastanlarından imkan daxilində nümunələr gətirən folklorşünas alim kitabda Azərbaycan dastanlarının türk, türkmən, özbək və digər dillərdəki variantlarına müraciət edib və paralellər aparıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO