Azərbaycan Avropa hərəkatı jurnalist redaksiyalarında görüşlər keçirir

Beynəlxalq Avropa Hərəkatının Azərbaycan ofisinin baş katibi Rəşad Xasayoğlu, Azərbaycan Avropa Hərəkatının prezidenti Surxan Lətifov, təşkilatın əlaqələr üzrə departament rəhbəri Yusif Bayramov “Media forum” saytının qonağı olublar.

R.Xasayoğlu bildirib ki, Avropa Hərəkatının fəaliyyətinin mətbuatın diqqətində olmasını istəyirlər: “Biz qərara almışıq ki, bu məqsədlə tanınmış KİV-lərlə davamlı görüşlər keçirək. Bu sahədə media ilə əməkdaşlığın genişlənməsini arzulayırıq. Qərbi Avropa mətbuatı təkcə xəbər yaymaq, işıqlandırmaqla yox, həm də aparıcı tədbirlərin təşkilatçılığı, maarifləndirmə ilə məşğul olur. Biz bunu Litvada müşahidə etdik ki, Avropa Hərəkatı ilə bağlı forum, diskussiya, dəyirmi masalar qəzet redaksiyalarında keçirilir”.

S.Lətifov Beynəlxalq Avropa Hərəkatının yaranma tarixindən, hərəkatın Azərbaycan ofisinin fəaliyyətindən danışıb: “Avropada böyük, aparıcı layihələrin təşkilatçısı Avropa Hərəkatıdır. Elə 1997-ci ildə Avropa Komissiyası da onun təşəbbüsü ilə yaranıb. Azərbaycanda Avropa Hərəkatının Bakı ofisi 2008-ci ildə təsis edilib. Biz fəaliyyətimizi genişləndirməyi düşünürük, bu işdə medianın dəstəyi əvəzolunmazdır”.

Y.Bayramovun bildirdiyinə görə, hərəkatın məqsədi sülh və demokratiyanın Azərbaycanda inkişafına nail olmaq, Avropa ölkələri ilə qarşılıqlı əlaqələri genişləndirməyə yardım etməkdir: “Avropa Hərəkatı bu müddət ərzində Azərbaycanın Avropada daha yaxından tanınması üçün bir sıra layihələr reallaşdırıb və xaricdə fəaliyyət göstərən tərəfdaşları ilə ikitərəfli geniş əlaqələr qurub”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO