“Azerspace-1” yeni türk kanalları yaymağa başladı

Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ölkənin ilk telekommunikasiya peyki “Azerspace-1” üzərindən yeni türk kanallarının yayımına başlayıb. Bu barədəModern.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Açıqlamda “Azərkosmos”dan alınan məlumata əsasən, hazırda “Azerspace-1” üzərindən 11046-H (EU) tezliyində Türkiyənin “Kanal D”, “Star TV”, “TV 8”, “ATV”, “Show TV” kanalları yayımlandığı bildirilib.

Qeyd edək ki, hazırda “Azerspace-1” üzərindən yerli “Azərkosmos” və “Teleradio” yayım paketləri ilə yanaşı, “İveriaSat”, “UKRKOSMOS”, “Əfqan”, “USA” yayım paketləri vasitəsi ilə 126 kanal yayımlanır. 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO