“AZERNEWS ” qəzetinin növbəti nəşri çapdan çıxıb

Fevralın 15-də “AZERNEWS” onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb. 
Qəzetin bu sayında Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans, Azərbaycan və Küveyt arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclası, eləcə də Azərbaycan cazının şəhzadəsi – Əzizə Mustafazadənin Almaniyada keçiriləcək Nurtinger Caz Festivalında iştirakı haqqında oxuya, həmçinin Azərbaycanın qədim atçılıq ənənələri barəsində maraqlı məqalə ilə tanış ola bilərsiniz.

“AZERNEWS” Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO