«Azadlıq» qəzetinin kollektivi təsisçi hüquqlarından məhrum ola bilər

Birliyin sədri, Xalq Cəbhəsinin liderlərindən biri Təhmasib Novruzov nəşrin hazırki heyətinə qarşı iddia qaldırıb, çünki «Azadlıq» qəzetini vaxtilə Xalq Cəbhəsinin üzvləri təsis etmişdilər. İndi də Novruzov Xalq Cəbhəsinə təsisçi hüquqlarının qaytarılmasını tələb edir. İclas zamanı iddiaçının vəkili işin icraata götürülməsinin zəruri olduğunu deyərək, iddia ərizəsini oxuyub. «Azadlıq» qəzetinin baş direktoru Azər Əhmədov isə bunun əleyhinə çıxıb. Daha sonra hakim tərəfləri barışığa dəvət etsə də, onlar bununla razılaşmayıblar. Məsləhətləşmələrdən sonra hakim iddianın icraata götürülməsi haqqında qərar çıxarıb. Məhkəmə araşdırması iyulun 25-nə təyin olunub, foto və videoçəkilişin aparılmasına isə qadağa qoyulub.

Mənbə: day.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO