SAMF

Bu sayt Söz Azadlığını Müdafiə Fondunun rəsmi internet resursudur

AVCİYA və SAMF Şamaxıda ədəbiyyat müəllimləri üçün seminar keçirəcək

AVCİYA və SAMF Şamaxıda ədəbiyyat müəllimləri üçün seminar keçirəcək

Azərbaycanda Vətəndaş Cəmiyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondu (SAMF) Şamaxıda böyük satirik şair M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş ikinci bədii qiraət müsabiqəsinə start verib.

SAMF-dan SİA-ya verilən məlumata görə, iki mərhələdə keçiriləcək müsabiqəyə klassik şairin 150 illik yubileyi ərəfəsində yekun vurulacaq. Müsabiqənin birinci mərhələsi rayonun bütün təhsil müəssisələrində, o cümlədən orta məktəblərdə, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı Filialında, Şamaxı Humanitar Kollecində keçiriləcək.

Bildirək ki, müsabiqənin təşkilində əsas məqsəd gənclər arasında M.Ə.Sabir yaradıcılığının təbliği, M.Ə.Sabirin yaradıcılığının tədris prosessində tətbiqinə metodiki dəstək vermək, tədris prosessində fəal şagird və tələbələri üzə çıxarmaqla onları ədəbiyyata həvəsləndirməkdir.

Xatırladaq ki, ötən ilki müsabiqənin on qalibi olub. Onlardan ikisi birinci, üçü ikinci, beşi isə üçüncü yerə layiq görülüb.

Oxunub: 4037 | Tarix: 14-02-2013, 16:02 | Kateqoriya: Layihələr