SAMF

Bu sayt Söz Azadlığını Müdafiə Fondunun rəsmi internet resursudur

“Dəbistan” jurnalının xatirə nömrəsi yenidən nəşr edilib

“Dəbistan” jurnalının xatirə nömrəsi yenidən nəşr edilibSAMF-dan APA-ya verilən məlumata görə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) dəstəyi ilə nəşr edilən  jurnalda materiallar  oxuculara həm orijinalda, həm də yeni qrafika ilə təqdim edilib

 

Layihənin ideya müəllifi Şamaxının millət vəkili, AVCİYA prezidenti Elxan Süleymanovdur. Nəşr SAMF-ın sədri, şair Musa Yaqubun ön sözü ilə başlayır.

 

Xatırladaq ki, bundan əvvəl SAMF mətbuatımızın banisi ilə bağlı  materialların bir hissəsini “Həsən bəy Zərdabi və “Əkinçi” toplularına daxil edərək, Zərdabinin çağdaş davamçılarına təqdim edib. Fond bu dəfə möhtəşəm qədirbilənlik nümunəsi olmuş daha bir dəyərli mənbəni - Həsən bəyin tövsiyə və himayəsi isə yaradılmış ilk milli uşaq jurnalımız olan “Dəbistan”ın öz unudulmaz müəlliminin xatirəsinə həsr etdiyi ayrıca nömrəsini tarixi və latın qrafikalı əlifba ilə hazırlanmış variantları ilə bir yerdə oxuculara təqdim edir. Həmin tarixi nömrədə Zərdabinin bioqrafiyası, dəfn mərasimi, xalqımıza xidmətləri və ana dili ilə bağlı mülahizələrini əks etdirən yazılar dərc olunub.

 

Nəşrə giriş sözünü əməkdar jurnalist Tahir Aydınoğlu yazıb, ərəb əlifbasından transliterasiyasını isə filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımova həyata keçirib. Xatirə nəşri geniş oxucu kütləsi, xüsusən tədqiqatçılar, media təmsilçiləri və tələbələr üçün nəzərdə tutulur.

Oxunub: 3698 | Tarix: 14-02-2013, 15:20 | Kateqoriya: Layihələr