.az, .com, .net, .ru hansı domenin daha çox internet resursu var?

.az milli domen zonasında 8955 internet resursu qeydiyyatdan keçib. WHOIS-un məlumatına görə, qeydiyyatdan keçmiş bütün saytların 8015 vahidi 1-ci səviyyəli domendə qeydiyyatdan keçmiş internet resurslarının payına düşür. Hal-hazırda qeydiyyatdan keçmiş ikinci səviyyəli domenlərin sayı 940 vahid təşkil edir.
İkinci səviyyəli daha məşhur domen 515 saytın qeydiyyatdan keçdiyi com.az-dır.
.gov.az Dövlət domen zonasında 61 internet resursu qeydiyyatdan keçib.
Dünya statistikasına əsasən dünyadakı aktiv domenlərin ümumi sayı 113 milyon 110 min 669 vahid təşkil edir. Hal-hazırda ən çox əhalisi olan domen zonası 83 milyon 418 min 293 domen qeydiyyatdan keçdiyi .com-dur.
İkinci yerdə domenində artıq 12 milyon 578 min 146 ad olan .net, üçüncü yerdə isə 7 milyon 910 min 246 ad müəyyən edilmiş .org-dur.
.az mili zonası rəsmi olaraq 1993-cü il 25 avqust tarixindən fəaliyyətə başlayıb.
Postsovet məkanında olan ölkələr arasında Ukrayna öz .ua domeni olan yeganə ölkə idi. .ru zonası 1994-cü il 7 aprel tarixində qeydiyyatdan keçib, elə bu ildə də SSRİ-yə məxsus keçmiş ölkələrin əksəriyyətinin zona ünvanları qeydiyyatdan keçib.
Modern.az Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, .az domeninin qeydiyyatdan keçmə dəyəri 20 manata bərabərdir, həmçinin domenin illik texniki dəstək dəyəri də o məbləğə başa gəlir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO