Azərbaycanla İtaliya arasında gömrük nəzarəti proseslərinin sadələşdirilməsi müzakirə ediləcək

Azərbaycan və İtaliya arasında gömrük nəzarəti proseslərinin sadələşdirilməsi məsələsi müzakirə ediləcək.

Dövlət Gömrük Komitəsindən Tremd-ə verilən məlumata görə, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin mütəxəssislərindən ibarət nümayəndə heyəti noyabrın 18-dən İtaliyanın Roma şəhərində işgüzar səfərdədir. Səfərdə məqsəd İtaliya Gömrük Xidmətinin əməkdaşları ilə “Tranzitin inkişaf yolları” mövzusunda müzakirələr aparmaqdır. Bu müzakirələrə avtomobil, hava, dəniz və dəmiryolu ilə daşınan tranzit yüklərin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti proseslərinin sadələşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata kecirilməsi kimi məsələlər daxildir.

Bununla yanaşı, Azərbaycan və İtaliya gömrükçülərinin danışıqlarında sərnişinlər tərəfindən daşınan mallar üzrə risklərin təhlili əsasında gömrük nəzarətinin optimallaşdırılması və “yaşıl kanal” buraxılış sisteminin tətbiqi imkanlarının daha da artırılması istiqamətində məsələlər nəzərdən keçirilir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO