Azərbaycanda müəllim olmaq istəyənlər üçün qiyabi təhsil ləğv olundu

Bu ildən Azərbaycanın ali məktəblərində müəllimlik ixtisaslarına qiyabi təhsilalma forması üzrə tələbə qəbulu dayandırılır. Bunu Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildiriblər.



Nazirlikdən qeyd edilib ki, yeni tədris ili üçün ali təhsil müəssisələrində bakalavriat səviyyəsinə qiyabi təhsilalma forması üzrə plan yerlərinin sayı azaldılıb.



Ümumilikdə 2015-2016-cı tədris ili üzrə ali məktəblərə ümumi plan yerlərinin sayı əvvəlki tədris ilinə nisbətən 6 faiz artıb. Orta ixtisas təhsili müəssisələrinə qiyabi təhsilalma forması və müəllimlik ixtisasları üzrə tələbə qəbulu üçün ayrılan plan yerlərinin sayı qismən azaldılıb.



2015-2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələri üzrə plan yerləri artıq Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiqlənib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO