Azərbaycan prezidenti İlham Əliyev Patrik Hikkini “Şәrәf ” ordeni ilә tәltif edib

Prezident İlham Әliyev Avropa Olimpiya Komitәsinin prezidenti Patrik Hikkinin “Şәrәf” ordeni ilә tәltif edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, bu barәdә gәnclәr vә idman naziri Azad Rәhimov bildirib.
 
“Avropa Oyunları onun dәstәyi altında keçirilir. Məhz Patrik Hikki sayәsindә Avropa bu gözəl anları yaşayır. Bu gün həm də onun 70 yaşı tamam olur”, – deyə A. Rəhimov qeyd edib.
 
Nazir P. Hikkiyə bu münasibәtlә tәbriklərini də çatdırıb.

Apa.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO